Ankara Moskva ilə ÜZ-ÜZƏ: İsveçlə bağlı son qərar necə nəticələnəcək? 

Ankara Moskva ilə ÜZ-ÜZƏ: İsveçlə bağlı son qərar necə nəticələnəcək? 

Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzvlüyünü təsdiq edib. Parlamentin qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.

 

Bu qərar Rusiya-Türkiyə münasibətlərinə necə təsir edə bilər? Uzun müddətdir, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyən Ankaranın bu qərara gəlməsinə səbəb nə olub?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Türkiyənin bu məsələdə ortaya qoyduğu müəyyən tələblər var idi:

 

“Xüsusən, Türkiyə tərəfi İsveçdən PKK və FETÖ-yə dəstəyi dayandırmağı tələb edirdi. Görünür, iki ölkə arasındakı problemlər həll olunub. Eyni zamanda ABŞ-nin Türkiyəyə müəyyən silahları, qırıcıları satmaq istəməməsi, buna veto qoyması məsələsi də gündəlikdə idi və uzun müddətdir müzakirə edilirdi. Ankaranın İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi həm ABŞ, həm də NATO-nun digər üzvləri ilə Türkiyə arasında məsələlərin həll olunduğu anlamına gəlir”.

 

Müsahibimiz bildirib ki, Türkiyə indiki xarici siyasətində öz maraqlarına uyğun addımlar atır:

 

“İndi Ankara üçün Moskvanın maraqlarını müdafiə etmək ikinci növbədədir. İsveçin NATO-ya üzvlüyünün qəbul edilməsinin Rusiya üçün elə də ciddi əhəmiyyəti yoxdur. İstənilən halda İsveç NATO tərəfindən silahlandırılacaqdı. Rusiya buna qarşı çıxmağa çalışsa da, mane ola bilmir. Lakin Ankara İsveçin ratifikasiyasına qarşı çıxsaydı, bu, onun üçün ciddi problemlər yarada bilərdi. Deməli, Ankara həm Alyans, həm də ABŞ ilə yaşana biləcək gələcək problemlərdən özünü sığortalayaraq Finlandiya və İsveç üçün “yaşıl işıq” yandırdı. Həmçinin, Türkiyənin bu addımının müqabilində əldə edəcəyi müəyyən məsələlər var və bu, daha əhəmiyyətlidir, nəinki Rusiyanın qərara münasibəti...”.

 

Digər müsahibimiz, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə Qərb müttəfiqləri ilə eyni cərgədə olduğunu nümayiş etdirdi:

 

“Bununla NATO ilə arasındakı konfliktlərə son qoymuş oldu. Qeyd edilirdi ki, Ankara Moskva ilə yaxınlaşıb Qərbə qarşı cəbhə açır, amma Finlandiya və İsveçin NATO-ya üzvlüyünün təsdiq edilməsi göstərir ki, strateji məsələlərdə Ankaranın mövqeyi fərqlidir. Hesab edirəm ki, bu, Rusiya-Türkiyə münasibətlərinə də zərər vurmayacaq. Çünki Türkiyənin öz maraqları var və artıq Rusiya da onun müstəqil siyasətindən agahdır. ABŞ-dən F-16-ların alınması, silah ixracı ilə bağlı sanksiyaların aradan qaldırılması və bir sıra mövzular Türkiyə üçün milli təhlükəsizlik məsələləridir. Bunlar da öz həllini tapacaq. Bununla da Vaşinqton, Avropa ölkələri Türkiyənin etibarlı müttəfiq olduğunu, NATO-nun Şərq cinahında proseslərdə aktiv rol oynadığını gördü. Rusiyanın Türkiyəyə ehtiyacı var, tərəflər bir çox istiqamətlərdə də əməkdaşlıq edirlər. Artıq İsveç də PKK ilə bağlı üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirəcək. Terrorçulara maliyyə axınına, onların ölkədə fəaliyyətinə imkan verməyəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...