CHP-nin yeni sədri Kılıçdaroğluya MÖHTAC OLDU: "Xahiş edirəm..."

CHP-nin yeni sədri Kılıçdaroğluya MÖHTAC OLDU:

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel və partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlu arasında görüş olub.

 

Sfera.az xəbər verir ki, görüşdə bələdiyyə seçkiləri müzakirə olunub.

 

Əldə edilən məlumata əsasən, Özgür Özel Kılıçdaroğludan seçki kampaniyası üçün meydanlara çıxmasını xahiş edib. Onun həmçinin ələvilərin səslərini almaq üçün Kılıçdaroğludan dəstək istədiyi bildirilir. 


Kılıçdaroğlunun isə Özelə namizəd seçimi barədə emosional davranmamaları, güclü namizədlər seçmələri ilə bağlı tövsiyə verdiyi qeyd olunur.

 

İddiaya əsasən, Kılıçdaroğlu ictimaiyyətdə nüfuzu olan namizədlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq, bələdiyyə seçkilərindəki namizədlərin gücünün parlament seçkilərinə birbaşa təsir edəcəyini diqqətə çatdırıb.


Həmçinin Kılıçdaroğlu Özeldən ona yaxın adamların fikirlərini nəzərə almasını istəyib və birliyi yalnız bu şəkildə təmin etməyin mümkünlüyünü bildirib. O, bütün partiya üzvlərini inklüziv olmağa çağırıb.

 

Görüşdən sonra Özgür Özel CHP-nin qrup toplantısında Kılıçdaroğlu ilə görüşündən söz açmayıb. O, seçkilərə soyuq yanaşan seçiciləri səsvermədə iştirak etməyə çağırıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...