Azərbaycanda internetin sürəti 30% ARTDI

Azərbaycanda internetin sürəti 30% ARTDI

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın dekabr ayını əhatə edən hesabatına görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 35.25 Mbit/s-i keçib. 2022-ci ilin dekabr ayında Azərbaycanda genişzolaqlı internetin sürəti 27.15 Mbit/s olub. Bu, 30% artım deməkdir.

 

Sfera.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

 

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə və yeni dirəklərlə əvəzlənir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

 

2017-2020-ci illərdə 227 min, 2021-2023-cü illərdə isə 1 milyon 689 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə edib. Bu, əvvəlki 4 illə müqayisədə 7,4 dəfə çox deməkdir. Layihə çərçivəsində 2023-cü il ərzində Azərbaycanda 1,1 milyondan artıq ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

 

Ümumilikdə 2 milyona yaxın ev təsərrüfatı və biznes subyektlərinin genişzolaqlı internetə çıxışı təmin edilib. Bununla da ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 66%-i genişzolaqlı internetlə əhatə olunub.

 

Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...