Masazırda HADİSƏ: Taksi sürücüsünə bıçaq çəkdilər, sonra...

Hadisə
11:12 / 24.01.2024
3642
Abşeronda taksi sürücüsünə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Masazır qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə 2 sərnişinin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talaması barədə polisə məlumat daxil olub.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Samir Əmrahov və Cəlilabad rayon sakini Sakit Əkbərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.