Sfera.az yazdı, nazirlik HƏRƏKƏTƏ KEÇDİ - Emin Əmrullayev həmin məktəbdə + FOTOLAR

Sfera.az yazdı, nazirlik HƏRƏKƏTƏ KEÇDİ - Emin Əmrullayev həmin məktəbdə + FOTOLAR

Yanvarın 22-də elm və təhsil naziri Emin Əmrullayev Göyçaya səfəri zamanı təmirə ehtiyacı olan 9 nömrəli tam orta məktəbə baxış keçirib. Məktəbdəki mövcud şəraitlə tanış olan nazir müvafiq şəxslərə təhsil müəssisəsində aparılacaq təmir işlərinin sürətləndirilməsi üçün tapşırıqlar verib. 

 

Sfera.az-a nazirlikdən verilən məlumata görə, cari ildə məktəbin layihələndirilməsi başa çatdırılacaq və dərhal sonra təmir işlərinə start veriləcək. 

 

Qeyd edək ki, ötən il 40 təhsil müəssisəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təmir-tikinti işləri həyata keçirilib. Cari ildə 38 təhsil müəssisəsinin təmir-tikinti işləri aparılacaq. Hazırda layihələndirilməsi həyata keçirilən 32 təhsil müəssisəsinin isə təmir-tikintisi planlaşdırılır.

 

Təhsil müəssisələrinin təmir-tikintisi Elm və Təhsil Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

 

Qeyd edək ki, Göyçay rayon 9 nömrəli tam orta məktəbin təmir ehtiyacı olması ilə bağlı xəbəri Sfera.az portalı yayıb.

 

Altay

 


OXŞAR XƏBƏRLƏR