Mina qurbanlarının sayı ARTIR: Ermənistan xəritələri niyə vermir?

Mina qurbanlarının sayı ARTIR: Ermənistan xəritələri niyə vermir?

Azərbaycan Xarici İşləri Nazirliyi yenidən mina xəritələri ilə bağlı bəyanat yayıb.

 

“Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir. Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən indiyədək ölənlərin sayı 342 nəfərə çatıb”, - qurum bildirib.

 

Maraqlıdır ki, dəfələrlə tərəfimizdən belə müraciətlər olsa da, İrəvandan müsbət istiqamətdə addımlar yoxdur. Ermənistana mina xəritələrini verməyə nə mane olur?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov deyib ki, iki ölkə arasında sülh müqaviləsi üzrə birbaşa təmasların yarandığı və intensivləşdiyi bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda hələ də mina terrorunun davam etməsi etimad quruculuğu prosesində ən böyük əngəllərdən biridir:

 

 

“Ermənistan dövlətinin işğalçı-təcavüzkar strategiyasına müvafiq olaraq, planlı şəkildə yerləşdirilmiş minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, İrəvanın sülh prosesinə sədaqətini və bütövlükdə bu istiqamətdə əsl niyyətlərini şübhə altına alır. Əgər Paşinyan hökuməti, həqiqətən, sülh prosesində maraqlıdırsa, bəyanatlarda bunu ifadə etmək çox azdır. Ermənistan planlı formada basdırılmış minaların xəritələrini təqdim etməlidir, əks halda vaxtaşırı, mütəmadi şəkildə partlayan minalar sülh quruculuğuna imkan verməyəcək, yaxud sülh imzalansa belə, dinc qonşuluq əlaqələrindən danışa bilməyəcəyik. Bu isə regionda dayanıqlı sülh arzu etməyən bir sıra Qərb subyektlərinin arzuladığı mənzərədir. Görünən odur ki, İrəvanın bu günə qədər dəqiq mina xəritələrini təqdim etməməsində Ermənistanın Qərbdəki "pis məsləhətçilərinin" rolu böyükdür”.

 

Müsahibimiz qeyd edib ki, Azərbaycan gec-tez mina problemini həll edəcək və Ermənistan da bunu başa düşməlidir: “Amma bunun mina xəritələri olmadan öz gücümüz hesabına, planlı axtarışlar vasitəsilə edilməsi Bakı-İrəvan münasibətləri üçün yaxşı heç nə vəd etmir. Əksinə, cari durum qalib tərəf olaraq Azərbaycanın şərtlərinin sərtləşməsi, həmçinin hüquq müstəvisində iddia tələblərinin məntiqi olaraq ağırlaşmasına səbəb ola bilər. Belə olduğu halda, necə ki Vətən müharibəsi və antiterror tədbirlərində, eləcə də bu halda da heç bir protektoru Ermənistanı müdafiə edə bilməyəcək. Mina xəritələrinin hələ də Azərbaycana təqdim edilməməsi, eyni zamanda bəşəri problemdir və əslində yalnız azərbaycanlıların yox, həm də bütün insanlığın hədəfə alınmasıdır. Bu baxımdan, dünya birliyi bütün siyasi məqsədləri kənara qoyaraq, ən azı ümumbəşəri niyyətlər naminə Ermənistana mina xəritələrinin verilməsi üçün təzyiqlər göstərməlidir. Xüsusən regionda sülh prosesində vasitəçilik niyyəti ilə çıxış edən subyektlər üçün ən yaxşı vasitəçilik nümunəsi elə bu ola bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...