Şəkidə 2 avtomobil toqquşub, piyada xəsarət aldı

Şəkidə 2 avtomobil toqquşub, piyada xəsarət aldı

Şəkidə minik avtomobilləri toqquşub.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Ford" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra "Ford" ərazidə olan piyada - 1995-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Nəcməddin Məcnun oğlu Əhmədovu vurub. Xəsarət alan N. Əhmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR