Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət aldı

Hadisə
18:55 / 21.01.2024
4359
Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Silsilə deyilən ərazidə qeydə alınıb.
Belə ki, "Pajero" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.