Ermənistan internetsiz qaldı

Dünya
17:13 / 21.01.2024
5191
Ermənistanda internetin istifadəsində problemlər yaranıb.
Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Ermənistanda mobil rabitə xidməti göstərən “Ucom” şirkətindən bildirilib ki, problem ölkədən kənarda fiber-optik kabellərin zədələnməsi ilə bağlıdır.
“Ermənistanda internet trafikində azalma var. Xarici saytlardan istifadə etmək olduqca çətindir”, - şirkətdən bildirilib.