"Neftçi" "Sabah"la oyuna ciddi itkilərlə çıxacaq

"Neftçi" klubu Azərbaycan Premyer Liqasının XIX turunda bu gün keçiriləcək "Sabah"la matça itkilərlə çıxacaq.

 

Klubdan Sfera.az-a verilən məlumata görə, məşq prosesində ayaq əzələsini zədələyən Kilan Lebon və Azər Əliyev bu qarşılaşmada iştirak edə bilməyəcəklər.

 

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu saat 16:00-da start götürəcək.


OXŞAR XƏBƏRLƏR