DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Siyasət
13:24 / 20.01.2024
10845
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə anıb, məzarları üzərinə qərənfillər düzüblər.
Sfera.az-a bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.