Sumqayıtda 46 yaşlı kişi intihar etdi

Hadisə
12:08 / 20.01.2024
8983
Sumqayıt şəhərində 46 yaşlı kişi intihar edib.
Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Nurmətov Tofiq Həsənbəy oğlu səhər saatlarında yaşadığı mənzildə özünü asaraq intihar edib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.