Kamran Əliyev: Qarabağ separatçılarının istintaqı davam edir - FOTO

Cəmiyyət
11:33 / 20.01.2024
5856
Bakıda həbsdə olan Qarabağ separatçılarının istintaqı beynəlxalq hüququn, beynəlxalq konvensiyaların normalarına riayət olunmaqla davam edir.
Sfera.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, onlara yekun ittiham elan ediləndən sonra işləri məhkəməyə göndəriləcək.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib. (APA)