“Bu rayonlarda 6-7 bal gücündə zəlzələ...” - Azərbaycanlı seysmoloqdan MÜHÜM AÇIQLAMA 

“Bu rayonlarda 6-7 bal gücündə zəlzələ...” - Azərbaycanlı seysmoloqdan MÜHÜM AÇIQLAMA 

“Mil-Muğan iqtisadi rayonu maksimum 6-7 bal gücündə zəlzələlərin baş verə biləcəyi bir ərazidir. Zəlzələdən sonra xırda təkanlar baş verə bilər, amma qorxuya düşməyə ehtiyac yoxdur”.

 

Sfera.az xəbər verir ki, bunu Referans.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev deyib.

 

Onun sözlərinə görə, 5 baldan yuxarı zəlzələlərdən sonra xırda təkanların olması normaldır:

 

“Həmin ərazilər ümumiyyətlə çökmə süxurlarla doludur. Mil-Muğan iqtisadi rayonu sanki kiçik Qafqazla böyük Qafqazın arasında onların çöküntü süxurlarının yuyulub gəldiyi ərazidir. Araz çayı, Kür çayı, onun qolları yuyub gətirib və nəticədə orada çökmə süxurlardan ibarət bir ərazi yaradıb. Ümumiyyətlə, biz artıq Azərbaycan ərazisində baş verən zəlzələləri normal qarşılamalıyıq. O ərazi zatən 5-6 ballıq ərazilərdir. Elə bir qorxulu şey yoxdur”.


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...