Çeçenistan parlamentinin sədri Ukraynada qiyabi mühakimə olunacaq

Çeçenistan parlamentinin sədri Ukraynada qiyabi mühakimə olunacaq

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təhqiqatını başa çatdırıb və Çeçenistan parlamentinin sədri Maqomed Daudova qarşı işi qiyabi keçiriləcək məhkəməyə təqdim edib.
 

Sfera.az xəbər verir ki, Daudov ölkənin ərazi bütövlüyünə qəsd etməkdə, təcavüzkar müharibəni planlaşdırmaqda, hazırlamaqda, işə salmaqda və aparmaqda, habelə Rusiyanın xüsusi əməliyyatına haqq qazandırmaqda ittiham olunur.


Bundan əvvəl SBU Krım hökuməti başçısının müavini Yelena Romanovskayaya qarşı qiyabi ittiham irəli sürüb. O, məktəbliləri “Yunarmiya” Ümumrusiya hərbi-vətənpərvərlik ictimai hərəkatının sıralarına zorla cəlb etməkdə ittiham olunur.

Əzizə


OXŞAR XƏBƏRLƏR