Ağdaşda ağır qəza - İki ölü, beş yaralı

Dünya
21:40 / 19.01.2024
7415
Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib.
Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.