Fransaya yerini göstərməyin vaxtıdır

Fransaya yerini göstərməyin vaxtıdır

"Son vaxtlar Fransa Azərbaycana qarşı, demək olar ki, bütün istiqamətlərdə - siyasi, iqtisadi, hərbi, demoqrafik, geosiyasi və mədəniyyət sahələrində çox qərəzli addımlar atır. Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan siyasətçilərin təhriki ilə Fransa Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli və birtərəfli qətnamə bir daha göstərdi ki, Azərbaycan onlara layiq olan siyasi cavabı verməlidir. Bu baxımdan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Fransa Senatının qətnaməsi ilə bağlı bəyanatı xüsusi əhəmiyyət kəsb edir".

 

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, Parisin qərəzli davranışlarının sayı-hesabı yoxdur və o, artıq həddini aşıb: "Xüsusilə Vətən müharibəsində və sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra Fransa rəsmi dairələri bu mənada daha çox aktivlik nümayiş etdirirlər. Fransa parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə qərarlar qəbul edilir, BMT, Avropa İttifaqı çərçivəsində keçirilən müxtəlif tədbirlərdə Fransanın qeyri-obyektiv və ədalətsiz təşəbbüsləri müşahidə edilir. Belə davranışlarla Fransa Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əngəl olur. Həmçinin Ermənistana silah-sursat satmaqla Azərbaycanla sülh sazişinin imzalanması məsələsini kölgə altında saxlayır".


Deputatın dediyinə görə, müharibə vaxtı birmənalı şəkildə Ermənistanı dəstəkləyən Fransa bu gün sülhün bərqərar olmasını qətiyyən istəmir. Bunu atdığı bütün addımlarda sübuta yetirir. Azərbaycan torpaqları işğalda olarkən Fransanın həmin ərazilərdən yararlanması da onun məkrli davranışlarından xəbər verirdi. İndi  Fransa vaxtilə etdiyi özbaşınalıqları artıq edə bilmir. Ona görə də yeni reallıqları həzm etmək Ermənistanın "böyük bacısı" üçün çətindir. 


Arzu Nağıyev vurğulayıb ki, dünyanın ən müstəmləkəçi ölkələrindən biri olan Fransa bu barədə heç söz də açmır: "Əksinə, hər vəchlə müstəmləkəçilik siyasətini genişləndirməyə çalışır, Ermənistandan da məhz bu çirkin niyyəti üçün sui-istifadə edir. Parisin Afrikada və digər yerlərdə törətdiyi cinayətləri saymaqla bitirmək olmaz. Fransanın adı tarixdə qanlı hadisələrin, böhranların səbəbkarı, eləcə də müstəmləkəçilər siyahısında lider kimi qalacaq".


Deputat söyləyib ki, "Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Fransa ilə bağlı bəyanatın qəbul edilməsi təqdirəlayiqdir. Biz səlahiyyətlərimizdən yararlanıb onlara qarşı sanksiyalar tətbiq edə bilərik. Yəqin ki, belə də olacaq. Hesab edirik ki, münasibətlərin bu səviyyəsində iqtisadi əlaqələr dayandırıla, Fransanın böyük şirkətləri ölkədən çıxarıla bilər. Həmçinin həyata keçirilən layihələrdə Fransanın iştirakı qadağan oluna bilər.  Əgər  onlar qondarma qurumu, separatçı yığınını bir dövlət kimi tanımağa çalışırlarsa, Azərbaycan da onların müstəmləkə altında saxladıqları ölkələrin müstəqilliyini tanıya bilər.  
Arzu Nağıyev sonda qeyd edib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan hökumətinə bir sıra tədbirlərin görülməsi ilə bağlı çağırış edib: "Həmin tədbirlərə Fransaya qarşı sanksiyaların tətbiq edilməsi, Azərbaycanda aktivləri aşkar edilən fransalı rəsmilərin aktivlərinin dondurulması, bütün iqtisadi əlaqələrin dayandırılması, "Total" da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması,   Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən layihələrdə iştirakına yol verilməməsi və  Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən müəyyən addımların atılması daxildir".


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...