Ceyhun Bayramov tanzaniyalı həmkarı ilə görüşdü

Siyasət
18:31 / 19.01.2024
8708
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Tanzaniyanın xarici işlər naziri January Makamba ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan və Tanzaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. İkitərəfli əməkdaşlıq məsələləri də gündəmdə olub", - qeyd edilib.