Bakının uğurları Qərbdə bəzilərini qıcıqlandırır

Bakının uğurları Qərbdə bəzilərini qıcıqlandırır

Azərbaycanın uğurları Avropa Birliyini (AB) və xüsusən də onun aparıcı üzvlərindən olan Fransanı qıcıqlandırır.

 

Sfera.az xəbər verir ki, bunu açıqlamasında rusiyalı siyasi ekspert Yevgeni Mixaylov AB, ona üzv olan ölkələr və bəzi digər Qərb ölkələrinin rəsmilərinin Azərbaycanı tənqid edən bəyanatlarına münasibət bildirərkən deyib.

 

Ekspertin fikrincə, bu mənfi məqam həm də bu ölkələrdə siyasətçilərin erməni lobbisinin təsirinə düşməsi ilə bağlı ola bilər:

 

“Azərbaycan məhkəmə sisteminə ünvanlanan qeyri-müəyyən şərhlər əslində Ermənistan tərəfinin Azərbaycanı “Qarabağ ermənilərinin qanunsuz mühakimələrində” ittiham edən bəyanatları ilə üst-üstə düşür”.

 

O əlavə edib ki, söhbət separatçı rejimin rəhbərlərindən və Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərdən gedir.

 

Politoloq xatırladıb ki, Moskva siyasi arenada Bakıya dəstəyini ifadə etməyə hər zaman hazırdır:

 

“Rusiya Cənubi Qafqazda baş verən hadisələri görür. Moskva və Bakı tərəfdaşdır, prezidentlərimiz arasında çox yaxşı münasibətlər var. Bu, təbii ki, ölkələrimiz arasında mədəni və iqtisadi əlaqələrin gələcək inkişafına ciddi təsir göstərir”. (Report)


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...