“Neft ixrac edən ölkələr arasında rəqabət artacaq” - Politoloq 

“Neft ixrac edən ölkələr arasında rəqabət artacaq” - Politoloq 

Dünya bazarında neftin alıcıları arasında rəqabət artıb. OPEC ölkələri neft istehsalını azaltsa da, bu, neft qiymətlərinin artımına təsir etməyib.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

“İran Çinə satdığı neftin həcmini azaldıb. Çünki İran öz neftini Çinə ucuz qiymətə satmaq istəmir və öz neftinin qiymətini artırmağa çalışır. İran ötən ilin dekabr ayında dəniz yolu ilə Çinə gündəlik 1.23 milyon barel neft nəql edib. Halbuki, noyabr ayında bu rəqəm 1.52 milyon barel idi. Çin neftə olan tələbatının 10 fazini İrandan əldə edir. İranın Çinə neft nəqlini azaltması, Çinin neftayırma zavodlarının gəlirlərini azaldacaq və bu ölkədə yanacağın qiymətini artıracaq. İran öz neftinin qiymətini artırmağa çalışmaqla Rusiyanın Çinə satdığı neftin qiyməti ilə bərabərləşdirmək istəyir. Rusiya istehsal etdiyi neftin təxminən 50 faizini Çinə satır, 40 faizi isə Hindistana nəql olunur”.

 

Ekspert bildirib ki, 2024-cü ildə neft ixrac edən ölkələr arasında rəqabət artacaq.

 

“Neft ixrac edən ölkələr neftin istehsal həcmini razılaşdırmağa çalışsalar da, buna 2024-cü ildə riayət etmək çətin olacaq. Həm Rusiya, həm də İran Qərbin sərt sanksiyalarına məruz qaldıqları üçün daha çox neft satmağa çalışır ki, iqtisadi itkilərini bu yolla kompensasiya edə bilsinlər. Səudiyyə Ərəbistanı Rusiya və İrandan fərqli olaraq neftini istənilən istiqamətdə rahat şəkildə sata bilir. Dövlət şirkəti olan “Saudi Aramco” köhnə alıcılarına neft satmaqla yanaşı, yeni alıcılar da cəlb etməyə çalışır. Səudiyyə Ərəbistanı Avropanın ən böyük neft təhcizatçısına çevrilib”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində ...

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...