"Cinsi əlaqədə nələrdən zövq aldığınızı, istəklərinizi... - Psixoloqdan cütlüklərə MƏSLƏHƏT

Son vaxtlar ətrafımızda boşananların sayının artdığının şahidi oluruq. Statistikaya baxdıqda da görürük ki, mənzərə ürəkaçan deyil. Artıq boşananların sayı evlənənlərin sayından qat-qat çoxdur. Ümumiyyətlə, cütlüklərin yola gedə bilməməsi, boşanmlar cəmiyyətimizin əsas problemlərindən birinə çevrilib.


 Bəs bu problemdən çıxış yolu nədir? Cütlüklər bu həddə gəlib çıxmamaq üçün nələrə diqqət etməlidirlər?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, hər kəs özünü anlaya biləcək, onu dəyişməyə çalışmayan biri ilə münasibət qurmaq istəyir, lakin sonradan özü də qarşı tərəfi sıxmağa başlayır:


“Cütlüklər əsasən münasibətə başladıqdan sonra bir-birilərini dəyişməyə çalışırlar. Qısqanclıq adı altında bir-birilərinin şəxsi həyatlarına müdaxilələr edirlər. Bu isə sağlam münasibətin formalaşmasına imkan vermir. Azadlığı, sərbəstliyi məhdudlaşan insan münasibətdə xoşbəxt ola bilməz. Elə məhz ona görə də münasibətlər davamlı olmur. İnsanlar həm sevgili olarkən, həm də ailə qurduqdan sonra səbirli olmağı və empatiya qurmağı bacarmalıdırlar. Əgər hər adi mübahisə böyük bir münaqişəyə çevrilirsə, bunun səbəbi tərəflərin səbirsizliyidir. Əsəbi halda xoşagəlməz davranışlar sərgiləyirlər. Bu da tərəflər arasıdakı bağın qopmasına səbəb olur. Empatiya qurmağı bacarmaq isə böyük bir lütfdür. Bunu bacaran insanlar qarşı tərəfin hisslərini daha yaxşı dərk edir və anlayışla qarşılayırlar”.


Psixoloq bildirib ki, münasibətdə ahəng olmalıdır:


“Cütlüklər bir-birinin cinsi istəklərini də başa düşməlidirlər. Azərbaycanda cütlüklər cinsi mövzulardan danışmağa çəkinirlər. İstəklərini izah edə bilmirlər. Amma münasibətin sağlam təməlini qurmaq üçün cinsi istəklər barədə danışmaqdan çəkinməməlidirlər. Cinsi aspektdən zövqlər barədə fikir mübadiləsi aparılmalıdır. Bu mövzunun danışılmaması evləndikdən sonra böyük problemlərin yaranmasına səbəb olur. Tərəflər bir-birilərinin zövqlərindən xəbərsiz olduqları üçün istəklərini təmin edə bilmirlər. İstəkləri təmin olunmayan tərəflər də başqalarına meyillənir. Xəyanət də münasibətləri bitirən ən böyük faktordur”.


Gülər Məmmədova son olaraq əlavə edib ki, tərəflər maddi cəhətdən də bir-birilərini başa düşməlidirlər:


“Maddi çətinlikləri birgə aradan qaldırmağa çalışmaq sevgini daha da gücləndirir və cütlüklərin bir-birinə daha dərin bağlarla bağlanmasına səbəb olur”. 


Ülkər Abdurahmanlı


 


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...