"Bu, qanunla Fransada qadağandır" - Rusiya Parisdən cavab TƏLƏB ETDİ

Rusiya Dövlət Dumasının deputatları növbəti iclasda Parisin Ukraynadakı muzdluları ilə bağlı Fransa parlamentinə müraciət məsələsini müzakirə edəcəklər.

 

Sfera.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında yazıb.

 

Siyasətçi Rusiyanın Xarkovda xarici muzdluların müvəqqəti yerləşdiyi ərazilərə zərbələr endirdiyini və nəticədə Fransadan olan 60-dan çox muzdlunun məhv edildiyini bildirib. Fransanın Moskvadakı səfiri bu hadisədən sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

“Fransada muzdluluq qanunla qadağandır. Bunu nəzərə alaraq, məsələ ilə bağlı Fransa Respublikasının Milli Assambleyasına müraciət etməliyik. Bizim üçün Milli Assambleyanın Fransanın qanunu pozaraq yaraqlıları Ukraynaya döyüşmək üçün göndərməsindən xəbərdar olub-olmadığını bilmək vacibdir”, - Volodin qeyd edib.

 

Rusiyalı siyasətçi Fransa sakinlərinin mövcud qanunvericiliyə zidd olaraq öz vətəndaşlarının Ukraynadakı münaqişədə iştirakından xəbərdar olduğuna şübhə ilə yanaşıb.

 

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi fransızlarla dolu muzdlu bazanın məğlub edilməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin mesajına cavab verib. Onlar əmin ediblər ki, Ukraynada Fransadan olan muzdlular yoxdur. 

 

Əzizə Zeynal


 


OXŞAR XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində ...

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...