Kanye Uest dişlərini çıxararaq almazdan daha bahalı materialla əvəz etdi - FOTO

Kanye Uest dişlərini çıxararaq almazdan daha bahalı materialla əvəz etdi - FOTO

Amerikalı reper Kanye Uest təbii dişlərini ümumi dəyəri 850 min dollar olan titan protezlərlə əvəz edib.


Sfera.az bildirir ki, daim media tərəfindən “dəli” adlandırılan repper bu hərəkəti ilə yenidən bütün hamını özü haqqında danışmağa məcbur edib.


Reper sosial şəbəkədə yeni təbəssümünü nümayiş etdirib. O, özünü oxşar dişlərlə Ceyms Bond kinosundakı obrazlardan biri ilə müqayisə edib.


Protezin dizaynını Kanye özü icad edib. Onun qiyməti almazdan bahadır. Protezləri “Beverli Hills”in baş stomatoloqu Dr. Thomas Connelly Naoki Hayaşi ilə birlikdə hazırlayıb.

Kanye dişlərinə təxminən bir milyon dollar xərcləsə də, biznes və əmlak vergiləri də daxil olmaqla 1.035.126 dollar vergi borcu var. Ödənilmədiyi üçün borc artmaqda davam edir.


Kanyenin 2021-ci ilin sentyabrında 57 milyon dollara aldığı Malibu okean sahilindəki mülk isə bu il 4 milyon dollar daha ucuz siyahıya alınıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində ...

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...