Fransanın qərəzi Aİ-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Fransanın qərəzi Aİ-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Fransa ilə ölkəmiz arasındakı gərgin vəziyyət məlumdur. Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul etməsindən sonra Milli Məclis sözügedən qətnamə ilə əlaqədar bəyanat qəbul edib. Parlament hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

 

Vəziyyətin daha da gərginləşməsi hansı nəticələri doğura bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Arzu Nağıyev bildirib ki, Fransanın qəbul etdiyi qətnamə heç bir beynəlxalq hüquqa əsaslanmır:

 

“Son vaxtlar Fransa Azərbaycana qarşı iqtisadi-siyasi, hərbi, geosiyasi və mədəniyyət sahələrində çox qərəzli addımlar atır. 2024-cü ilin yanvarın 17-də Fransa Senatının qəbul etdiyi bitərəf və əsassız qətnamə də bir daha göstərir ki, Azərbaycan artıq onlara cavablarını verməlidir. Məlumdur ki, siyasi cəhətdən hörmətsizlik nümayiş etdirərək ərazi bötüvlüyümüz və suverenliyimizə qarşı müxtəlif ədalətsiz addımlar atırlar. Fransa parlamenti hər iki palatasında ölkəmiz əleyhinə qərarlar qəbul edir".

 

Millət vəkili qeyd edib ki, Azərbaycanın atdığı addım təmamilə doğrudur:

 

“Ən ciddi məsələlərdən biri Fransa Milli Assambleyanın və senatının Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməsidir. Ermənistana silah-sursat satmaqla Azərbaycanla olan münasibətləri kölgə altında saxlayır. Fransa Cənubi Qafqazda sülhün bərqərar olmasını istəmir. Buna görə də, Ermənistandan istifadə edir. Məhz buna görə, Azərbaycan tərəfindən də belə bəyənatın yayılması heç də təəccüb doğurmamalıdır. 

 

Biz də öz səlahiyyətlərimizdən istifadə edərək onlara qarşı sanksiya tətbiq edə bilərik, iqtisadi əlaqələr dayandırıla, böyük şirkətlər Azərbaycandan çıxarıla, dövlətin sifarişi ilə həyata keçirilən hər hansısa layihədə iştirakları dayandırıla bilər. Əgər onlar qondarma qurumu bir dövlət kimi tanımağa çalışırlarsa, Azərbaycan da onların müstəmləkə siyasəti yürütdüyü yerləri tanıya bilər. Azərbaycanın daxili və xarici siyasəti heç vaxt kimdənsə asılı olmayıb, biz qərarlarımızı müstəqil qəbul edirik”.

 

Natiq Cəfərli isə bildirdi ki, bu məsələ nəticəsində daha çox zərər görəcək tərəf Fransadır:


“Fransanın Azərbaycana qarşı qeyri-obyektiv, anormal və beynəlxalq hüquqa zidd mövqeyinə görə, Azərbaycan tərəfinin adekvat bəyənatlarla çıxış etməsi təbiidir. Fransa ilə Azərbaycan arasında iqtisadi münasibətlər digər Avropa Birliyi ölkələrinə nisbətən daha aşağı səviyyədədir. 

 

Əslində daha çox itirən tərəf Fransa ola bilər. Çünki Fransanın “Airbus” şirkəti Azərbaycana 100 milyonlarla dollarlıq təyyarə satır və “Total Energies” şirkəti qaz yataqları şirkətinin əsas operatorudur. Lakin düşünmürəm ki, bu gərginlik Avropa İttifaqına da yayıla bilər. Çünki Aİ-də Azərbaycanla çox gözəl münasibətləri olan önəmli dövlətlər var”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində ...

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...