Dünyada neft istehsalı artacaq: Bu, qiymətlərə necə təsir edəcək?

Dünyada neft istehsalı artacaq: Bu, qiymətlərə necə təsir edəcək?

Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə 2024-cü ildə dünyada gündəlik neft istehsalının həcmi 1,5 milyon barel artaraq 103,5 milyon barelə çatacaq.


Sfera.az xatırladır ki, 2023-cü ildə hər gün  orta hesabla 102 milyon barel neft istehsal edilmişdi. 


Proqnoza əsasən neft hasilatındakı artım “OPEC+” qrupuna daxil olmayan ölkələrdə müşahidə olunacaq. Gözlənilir ki, ABŞ, Braziliya, Qayana və Kanada gündəlik neft hasilatını 1 milyon 300 min barel artıracaq. Bu qədər artımın yarıdan çoxu ABŞ-nin payına düşəcək. 


BEA proqnozlaşdırır ki, neft istehsalı ilə müqayisədə neft istehlakında artım zəif olacaq. 2024-cü ildə neft istehlakının 1,2 milyon barel artacağı və 103 milyon barelə çatacağı təxmin edilir. 


BEA-nın bu proqnozu özünü doğruldarsa, cari ildə neft qiymətlərinin yüksəlməsi mümkün olmayacaq, hətta qiymətlərdə bir qədər azalma baş verəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR