Azərbaycan əhalisinin gəliri ARTDI - SON RƏQƏMLƏR

İqtisadiyyat
16:27 / 18.01.2024
4563
Ötən il Azərbaycan əhalisinin gəliri 12,8 faiz artaraq 78,05 milyard manata çatıb.
Sfera.az xəbər verir ki, 2023-cü ildə əhalinin gəliri 8,887 milyard manat artıb.
İcbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında qalan gəlirlərin məbləği isə 69,341 milyard manat təşkil edib.
Ötən il 8,8 faiz inflyasiyanın olduğunu nəzərə alsaq, 2023-cü ildə gəlirlərdə 4 faiz real gəlir artımı baş verib.
Qeyd edək ki, əhalinin gəlirlərində 2 növ gəlirin payı daha yüksəkdir. Əhali ən çox gəliri əmək ödənişlərindən və sahibkarlıq fəaliyyətindən əldə edir.
Vasif