"Dünyanın ən güclü ordusu ABŞ ordusudur, Rusiya isə..." - Rus polkovnik

"Dünyanın ən güclü orduları ABŞ və Rusiya ordularıdır. Rusiya yalnız hərbi-sənaye kompleksinə əsas rəqibindən daha az maliyyə ayırdığına görə ikinci yeri tuta bilər". 


Sfera.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçuk bildirib.

 

O, Rusiyanın Ukrayna münaqişəsində qalib gələcəyi halda, vəziyyətin dəyişə biləcəyini deyib. 

 

“Dünyanın ən güclü ordularının reytinqləri hazırlanarkən çox şey nəzərə alınır. Bu, şəxsi heyətin, səfərbərlik resurslarının mövcudluğu, ordunun döyüş effektivliyi üçün iqtisadi rıçaqları təmin etmək, müharibənin tələb etdiyi kimi dəyişən vəziyyətə uyğunlaşmaq, taktika və silah dizaynını dəyişmək bacarıqlarıdır”, - Matviyçuk qeyd edib.

 

Hərbçi Böyük Britaniyanın beş ən güclü ordu siyahısından çıxmasını məntiqli hesab edib. Matviyçukun sözlərinə görə, ölkədə hərbi işlərdə, sənayedə, texnika və silah istehsalında geriləmə var.

 

“Biz maliyyə baxımından, həqiqətən, bir qədər geridəyik. Ancaq Ukraynada qalib gəlsək, bəlkə də birinci yeri tutacağıq. Hər halda, reytinqləri çox da ciddi qəbul etməzdim, çünki onlar çox siyasiləşib”, - polkovnik fikrini yekunlaşdırıb.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...