Baydendən Trampla bağlı İNANILMAZ ETİRAF: Hakimiyyətdən gedir?

“Deyəsən, Donald Tramp Ayova ştatında qalib gəlib. O, indiki mərhələdə müxalifətin aşkar favoritidir”.
Bunu ABŞ Prezidenti Co Bayden deyib. Ekspertlər sözügedən açıqlamanı Baydenin məğlubiyyəti kimi dəyərləndirib.
ABŞ-nin hazırkı lideri hakimiyyətdən gedirmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Tramp Respublikaçıların namizədi olaraq rəsmi şəkildə seçilməsə də, bu, istisna deyil:
“Hər iki tərəfin kifayət qədər tərəfdarı olsa da, Baydenin reytinqinin getdikcə azaldığı görünür. Onun xarici siyasətdəki bəzi uğursuzluqları, habelə radikal addımları mövcud iqtidara qarşı narazılıqları artırır. Baydenin reytinqinin azalmasında onun yaşının, tez-tez yıxılmasının, çıxışları zamanı səhvləri, unutqanlığının da müəyyən rolu var. Hazırda Trampla Bayden arasında kəskin mübarizə gedir. Hər iki siyasətçi fürsət tapan kimi bir-birini ittiham edir. Xüsusilə, Şərqi Avropa və Yaxın Şərqdəki proseslərin gedişi ABŞ-də prezident seçkilərinin nəticəsində həlledici faktor ola bilər. Əgər ABŞ-dəki prezident seçkilərinə kimi, Ukrayna təşəbbüsü ələ alsa və İsrail HƏMAS-la “Hizbullah” üzərində ciddi üstünlük əldə etsə, onda Baydenin şansı daha çox olacaq. Kiyevin geri çəkilməsi, eləcə də Təl-Əvivin məqsədlərinə çatmadan əməliyyatları dayandırması isə, əksinə, Trampın əlini gücləndirə bilər”.
Müsahibimiz bildirib ki, hazırda hər iki siyasətçinin şansı aşağı-yuxarı eynidir: “Tramp hakimiyyətə gələrsə, ABŞ-nin xarici siyasətində müəyyən dəyişikliklərin olacağı da qaçılmazdır. Onun hakimiyyəti dövründə Vaşinqtonla Moskva arasında münasibətlər daha loyal idi. Amma tamamilə sürpriz adın hakimiyyətə gəlməsi də mümkündür. ABŞ tarixində belə hallar olub”.
Qeyd edək ki, ABŞ-də seçkilərin ilkin mərhələsi Ayova ştatında başlayıb. Tramp 52% səslə ştata başçılıq edir. İkinci yerdə respublikaçıların 15%-dən çoxu tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb.
Günay