Bred Pitt Ancelina Colinin qardaşı və atası ilə birlikdə görüntüləndi - FOTOLAR

Məşhur aktyor Bred Pitt yöndəmsiz vəziyyətlə üzləşib.
Sfera.az bildirir ki, Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colinin yaxınları ilə təsadüfən bir tədbirdə qarşılaşıb.
Bred yeni sevgilisi ilə birlikdə gəldiyi rəsm sərgisində Colinin atası, aktyor Con Voyt və onun qardaşı Ceyms Heyvenlə qarşlılaşıb. Bred Pitt sərgiyə yeni sevgilisi İnes de Ramonla gəlib. Lakin məlum olub ki, Bennett Millerin sərgisinə başqa məşhurlar da gəlib.
Tədbirdə Bred Piti Britni Spirsin keçmiş əri Sem Əsgəri saxlayıb və birlikdə selfi çəkdirmək istəyib.
Sərgiyə gələn qonaqlardan bəziləri vəziyyətin çox sıxıcı olduğunu bildirib.
Hadisə şahidinin sözlərinə görə, Ceyms xaraktercə mehriban olmasına və Bredi tanımasına baxmayaraq, onunla ünsiyyət qurmayıb. Colinin ailə üzvləri keçmiş kürəkənlə aralarında məsafə saxlamağa çalışıblar. Sərgiyə kimlərin gələcəyi əvvəlcədən məlum olmayıb.
Amma sərgiyə gələn Britni Spirsin keçmiş əri Sem Əsgəri məsafə saxlamayıb, yaxınlaşıb Pittdən selfi çəkdirməsini istəyib. Sem Bredə Britni Spirsin sevimli aktyoru olduğunu deyib. Əsgəri Bredlə söhbət etdikdən sonra Colinin atasına da yaxınlaşıb, söhbət edib.
Əsgəri sosial şəbəkədə Bred Pittlə çəkdirdiyi selfi paylaşaraq, "mum fiqur deyil” deyə paylaşıb.
Sonuncu dəfə 2022-ci ilin oktyabrında atası ilə ictimaiyyət arasında görünən Ceyms səs-küylü boşanma və mənfi təbliğat fonunda bacısının altı uşağını qorumağı öz vəzifəsi hesab etdiyini etiraf edib.
Ceyms, bacısı ayrıldıqdan sonra münasibətlərinin yeni mərhələsinin başladığını qeyd edib.
Qeyd edək ki, Ceyms Heyven və Ancelina Coli həmişə çox yaxın olublar. Ceyms tez-tez Ancelinanı mükafatlandırma mərasimlərində müşayiət edir və qırmızı xalçada onun yanında pozalar verirdi.
Ancaq hisslərini ictimai şəkildə ifadə etməkləri səs-küylü skandal və şayiələrə səbəb oldu. 2000-ci ildə səhnədə öpüşdükdən sonra bu şayiələr daha da artdı.
Coli jurnalistlərin nədən yazdığını biləndə şoka düşdüyünü deyib.
Ceyms və Ancelina, 2007-ci ildə analarının ölümündən sonra atalarından uzaqlaşsalar da, illər keçdikcə bir-birlərinə yaxınlaşıblar.
Aynil
Sfera.az