COVID-19-un daha sürətli ölümlə nəticələnən mutant ştammı yaradılıb - İDDİA

COVID-19-un daha sürətli ölümlə nəticələnən mutant ştammı yaradılıb - İDDİA

Çində laboratoriyada COVID-19-un mutant ştamı yaradılıb.

Sfera.az bildirir ki, GX_P2V kimi tanınan ölümcül virus, genetik quruluşu insanlara bənzəyən gəmiricilərin beyinlərinə yeridilib.


Bu barədə “New York Post” qəzeti ötən həftə Pekində dərc olunmuş araşdırmaya əsasən iddia irəli sürüb.


İddiaya görə, Çində aparılmış araşdırma viruslarla riskli eksperimentlər məsələsini gündəmə gətirir. Alimlər yeni növ koronavirusu sınaqdan keçirib. Virus genləri dəyişdirilmiş siçanlarda 100% ölümlə nəticələnmişdir.

Bu ölümcül virus 2017-ci ildə (pandemiyadan üç il əvvəl) Malayziya panqolinlərində aşkar edilmiş koronavirusun mutasiya edilmiş versiyasıdır (Panqolinlər - planetin isti bölgələrində yaşayan məməlilər).


Virusa yoluxmuş bütün siçanların hamısı cəmi səkkiz gün ərzində ölüb. Bu, tədqiqatçıların fikrincə, çox təəccüblü və sürətli ölüm nisbətidir.

GX_P2V siçanların ağciyərlərini, sümüklərini, gözlərini, traxeyalarını və beyinlərini yoluxdurub. Sonuncu ştamm heyvanların hamısının ölümünə səbəb olacaq qədər şiddətli olub. Ölümdən bir neçə gün əvvəl laboratoriya gəmiriciləri sürətlə arıqlayıb, defformasiyaya uğrayıb və son dərəcə ləng hərəkət ediblər. Son gündə isə hamısının gözləri tamamilə ağarıb.


Virusun insanlarda necə və ya hansı formada olacağı hələ məlum deyil. Tədqiqat siçanlar üzərində nəticələri potensial insan yoluxması ilə birbaşa əlaqələndirmir. London Universitetinin bəzi ekspertləri tədqiqatın faydasız olduğunu deyirlər.
 

Bu test, COVID-19-un yaradılması ilə bağlı olduğu iddia edilən Wuhan tədqiqatından tamamilə fərqlidir. Qeyd edək ki, COVID-19 koronavirus infeksiyasının mənşəyi hələ də dəqiq məlum deyil. Çində aparılmış bu yeni araşdırma isə riskli virus təcrübələri ilə bağlı çoxlu suallar doğurur.


Xatırladaq ki, yanvarın 17-də Çin alimləri ilk dəfə rezus meymunu uğurla klonlaşdırmağı bacarıblar. Tədqiqatçılar ilk dəfə olaraq insanlara bu qədər yaxın olan primat növünü klonlaşdırmağa müvəffəq olublar. Körpə sağlam “anadan olub” və iki ildən çox yaşayıb.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...