Gəmi kapitanı ekipaj üzvlərinə işgəncə verib - Döyərək, kölə edib

Gəmi kapitanı ekipaj üzvlərinə işgəncə verib - Döyərək, kölə edib

Avstraliyada polis gəmi kapitanını 46 cinayət üzrə ittiham edib.

Sfera.az xəbər verir ki, kapitan illərlə ekipaj üzvlərini döyüb və onlara işgəncə verməkdə günahlandırılıb.

Ekipaj üzvlərindən bəziləri kapitanlarının qəzəbindən o qədər qorxublar ki, bəzən köpək balıqları və timsahların olmasını belə gözə alaraq, dənizə tullanaraq, sahilə doğru üzüblər.


Hüquq-mühafizə orqanları keçən il kapitanın balıqçı gəmisindəki dənizçiləri hədələdiyi barədə xəbər aldıqdan sonra kapitanla maraqlanmağa başlayıb.


Kvinslend polis müfəttiş vəzifəsini icra edən Ceyson Çatham jurnalistlərə verdiyi açıqlamasında deyib:


"Bəzi hallarda bu balıqçı gəmilərində “qara fəhlə” kimi işləyən insanlar da zorakılığa məruz qalıb, onlara hücum edilib, maaş almadan işləməyə, açıq göyərtədə yatmağa məcbur ediliblər".

Kapitanın qurbanları beş kişi və biri 25 yaşlı qadın olub. Polis özbaşınalığın bir neçə il davam etdiyini nəzərə alaraq, zərərçəkənlərin daha çox ola biləcəyini ehtimal edir.


Yanvarın 9-da polis dörd balıqçı gəmisində axtarış aparıb və onlardan birində odlu silah aşkar edib.


Kapitan 18 təzyiq, beş işgəncə və köləlik də daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunub.


Onun barəsində həbs-qətimkan tədbiri seçilib və fevralda məhkəməyə çıxarılacaq.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...