"Putinin namizəd olması üçün..." - Peskov AÇIQLADI

Siyasət
16:46 / 17.01.2024
3868
"Vladimir Putin prezident seçkilərində namizədliyini irəli sürmə bilmək üçün 2,5 milyondan çox seçicinin imzasını toplaya bilər".
Sfera.az xəbər verir ki, bu fikirləri prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl “Russia.Putin.2024” portalı bildirmişdi ki, Putinin Rusiya prezidenti postuna namizədliyi üçün ölkə üzrə 2,5 milyondan çox imza toplanıb.
Qeyd edək ki, bu il Rusiyada prezident seçkiləri ölkə tarixində ilk dəfə olaraq üç gün ərzində - martın 15-dən 17-dək keçiriləcək. İndiki mərhələdə Rusiyada prezident seçkiləri ilə bağlı seçki kampaniyasında 11 nəfər iştirak edir.
Əzizə Zeynal