Qırmızı dənizdəki hücumlar "Tesla"nı da vurdu - İstehsal AZALDILIR

Qırmızı dənizdəki hücumlar

"Tesla"nın Berlindəki fabriki tədarük zəncirindəki problemlər səbəbindən istehsalı 2 həftə məhdudlaşdıracaq.

 

Sfera.az xəbər verir ki, Qırmızı dənizdəki hücumlar Avropa və Asiya arasında təchizat şəbəkəsinə ziyan vurur. 

 

Belə ki, Avropa iqtisadiyyatında bir müddət durğunluğa səbəb olacaq bu problem "Tesla"nın da istehsalı dayandırmasına səbəb olub.

 

Məlumata görə, "Tesla" 29 yanvar - 11 fevral tarixləri arasında "Giga-Berlin" fabrikində istehsalı əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıdır.

 

"Tesla"nın açıqlamasına görə, Qırmızı dənizdəki silahlı münaqişələr Asiya və Avropanın Ümid burnundan keçən gəmi marşrutuna böyük təsir edir. Göndərmə prosesinin uzanması səbəbindən istehsal xəttində boşluq yaranır. "Tesla"nın hansı hissələrinin çatışmadığını dəqiq bilinmir, lakin LGES tərəfindən istehsal olunan 2170 tipli silindrli litium-ion batareyalar da daxil olmaqla bir çox hissə Çində istehsal olunur.

 

Maraqlı tərəfi odur ki, tədarük problemindən təsirlənən bütün istehsalçılar arasında Tesla istehsalı məhdudlaşdıracağını elan edən ilk şirkət oldu. Müxtəlif sektorlara nəzər saldıqda istehsalda gecikmələr olanlar arasında İsveç mebel sənayesi də var.

 

Görünür, pandemiya və Ukrayna müharibəsindən sonra Qırmızı dənizdə baş verənlər Avropa iqtisadiyyatına daha bir zərbə vurur. Bu vəziyyət təchizat şəbəkələrinin Avropa üçün nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. Qırmızı dənizdə Süveyş kanalını tamamilə bağlayacaq hər hansı bir hərəkət olmasa da, gəmilər Afrika və Ümid burnu ətrafında daha uzun marşrutla səyahətlərini tamamlamalıdırlar.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...