"Son günlər baş verən yanğınlar, partlayışlar..." - Xüsusi riayət etməli olduğumuz QAYDALAR + AÇIQLAMA

Son günlər ölkədə ardıcıl olaraq baş verən yanğınlar, partlayışlar ciddi müzakirə obyektinə çevrilib. Xüsusilə, ağır yaralanan, ölənlərin olduğu hadisələr, həm də məsələnin vacibliyindən xəbər verir.

 

Maraqlıdır, soyuq havalarda bu cür hadisələrin artması nə ilə bağlıdır? Yaxud hadisələrin kökündə məsuliyyətsizlik dayanır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, yanğın, partlayış kimi fövqəladə hadisələrdən heç kim sığortalanmayıb:

 

“Ancaq hazırlıqlı olmaqla, baş verə biləcək hadisələrə qarşı önləyici tədbirlər görməklə, yanğın, texniki təhlükəsizlik qaydalarına riayət etməklə bu kimi qəzalardan müəyyən qədər az zərərlə qurtulmaq olur. Bütün təyinatlı müəssisələr, iş yerləri, bazarlar, ticarət mərkəzləri və müxtəlif qəbildən olan obyektlərin hər birinin yanğın təhlükəsizliyinə dair olan təchizatlarla norma və standarlara uyğun təchiz olunması qanunvericiliklə təsbit olunub. Ehtiyat su çəni, ilkin yanğınsöndürmə vasitələri, yanğın dolabları, xəbərdaredici vasitələr, təxliyə planları, yanğın təhlükəsizlik rejiminin yaradılması, işçilərin sayı beş nəfərdən yuxarıdırsa, könüllü yanğınsöndürmə dəstələrinin olması - bütün bunlar yanğın təhlükəsizliyinə dair olan tələblərdir. İnsanların da bu barədə bilik və bacarıqlarının olması lazımdır”.

 

Müsahibimiz bildirib ki, hər fəslin özünün müəyyən qədər yaratdığı təhlükə riskləri var:

 

“Payız-qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar olaraq iş yerlərində istiliyə olan tələbat artır. Qızdırıcılar, elektrik avadanlıqları və ya qaz cihazlarından istifadə olunması artır. Əlbəttə, buna görə də onların təhlükəsiz istismarı ön plana keçməlidir. Bu cür cihazlara nəzarət mütləqdir. İş vaxtı bitdikdən sonra cihazların cərəyandan ayrılması təmin edilməlidir, ümumiyyətlə, elektrik təsərrüfatı daim saz vəziyyətdə olmalıdır. Bəzən elektrik avadanlıqları normadan artıq yükləndiyinə görə, xüsusən də payız-qış mövsümündə yanğın hadisələri artır. Vətəndaşlar, iş yerləri, sahibkarlar bu məsələyə ciddi yanaşmalıdırlar. Nəzərə almaq lazımdır ki, insanlar həyatını itirir, əmlaklara, ətraf mühitə ziyan dəyir və.s. Ona görə də, yanğın riski yüksək olan avadanlıqlar, materiallar, qurğularla düzgün davranış qaydalarını bilmək vacibdir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...