Ramiz Mehdiyevin ailə bankının vəziyyəti pisləşir – BTB ili zərərlə BAŞA VURDU

Ramiz Mehdiyevin ailə bankının vəziyyəti pisləşir – BTB ili zərərlə BAŞA VURDU

“Bank BTB” ASC-nin maliyyə vəziyyəti 2023-cü ildə bir qədər də pisləşib. 


Sfera.az bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, il ərzində kredit təşkilatının aktivləri, məcmu kapitalı azalıb və bank ili zərərlə başa vurub. 


2022-ci ildə bankın 374,2 milyon manat aktivi var idi. Ötən ilin sonunda aktivlərin dəyəri 369,2 milyon manata düşüb. 


Aktivlərin azalmasında kredit qoyuluşunun azalması, həmçinin əsas vəsaitlərin, qeyri-maddi aktivlərin azalması rol oynayıb. 


Bank BTB-də depozitlərin həcmində də azalma müşahidə edilir. 2022-ci ildə 159 milyon manat depozit öhdəliyi olan bankın ötən ilin sonunda depozitlərinin həcmi 153 milyon manata geriləyib. 


Bankın maliyyə vəziyyətinin pisləşməsi onun gəlirlərinin azalmasında da özünü göstərir. Ötən il bank xalis mənfəət əldə edə bilməyib və ili 2,78 milyon manat zərərlə yekunlaşdırıb.


Bankın zərərə məruz qalması isə onun məcmu kapitalının azalmasına səbəb olub. 2022-ci ildə 47 milyon manat dəyərində kapitalı olan bank hazırda 44,3 milyon manat kapitala sahibdir. 


“Bank BTB” ASC-nin əsas səhmdarı Nigar Mehdiyevadır. N.Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza isə N.Mehdiyevanın qardaşıdır.


Orxan



 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...