“Bu durum Rusiyanın Çindən asılılığını artırıb” - Politoloq

“Bu durum Rusiyanın Çindən asılılığını artırıb” - Politoloq

Rusiya Ukraynada işğalçı müharibəni davam etdirməklə yanaşı Yaxın Şərqdəki proseslərə də təsir etməyə çalışır. Ancaq Rusiya Yaxın Şərqdə təkbaşına fəallaşa bilməyəcəyini anladığından bu məsələdə də strateji tərəfdaşı Çinə ümid edir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

“Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl çinli həmkarı Van İ-yə zəng edib. Nazirlər iki əsas mövzunu müzakirə ediblər. Birinci mövzu BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının beynəlxalq aləmdə gücləndirilməsi olub. Moskva və Pekin bu təşkilatın qapılarını bir çox dövlət üçün açıb. Onlar bu yolla həm tərəfdaşlarının sayını artırmağı, həm də ABŞ-ni müxtəlif bölgələrdə sıxışdırmağı hədəfləyiblər. BRİKS təşkilatında sədrlik Rusiyadadır. Bu ilin oktyabr ayında Kazan şəhərində BRİKS təşkilatının sammiti keçiriləcək. Rusiya bu sammiti “qlobal təhlükəsizlik və inkişaf” şüarı altında keçirmək istəyir. Pekinin bu şüarı bəyənməsinə baxmayaraq, digər BRİKS üzvləri, o cümlədən Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və ya quruma yeni üzv Səudiyyə Ərəbistanı Moskva və Pekinin anti-Qərb siyasətini dəstəkləmirlər”.

 

Politoloq bildirib ki, nazirlərin müzakirə etdiyi ikinci mövzu İsrailin Qəzzadakı hərbi əməliyyatı olub. “Moskva və Pekin Qəzzadakı hücum əməliyyatlarının dayandırılmasının vacib olduğu qənaətindədirlər. Moskva və Pekin bu məsələdə öz aralarında koordinasiyanı gücləndirməyi qərara alıblar. Hər iki ölkə bölgədə Fələstin dövlətinin yaradılmasını vacib bilirlər. Bunu elə Moskva ilə Pekinin rəqibi Vaşinqton da istəyir. Misal üçün ABŞ dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı Fələstin dövlətinin tanınması vacibliyini israilli rəsmilərə də izah edib. Blinken bu olmadan İsrailin problemlərinin həll olunmayacağı qənaətindədir”.

 

Elxan Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, Vaşinqton Moskva və Pekinin BMT-də İsrail əleyhinə qətnamə qəbuluna imkan vermir: “ABŞ və Avropa İttifaqının sərt sanksiyaları fonunda Çinin Rusiya iqtisadiyyatında payı artıb. İki ölkə arasında ticarət əməkdaşlığının həcmi 230 milyard dollara çatıb. Rusiya Çinlə Avrasiya İqtisadi Birliyi çərçivəsində də əməkdaşlığı genişləndirməyi planlaşdırıb. Bu durum Rusiyanın Çindən asılılığını artırıb”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...