İnsanlar TƏNHALAŞIR: “Xüsusilə kişilər evlənmək istəmir” – Psixoloq səbəbləri AÇIQLADI 

İnsanlar TƏNHALAŞIR: “Xüsusilə kişilər evlənmək istəmir” – Psixoloq səbəbləri AÇIQLADI 

Son zamanlar tənhalığa üstünlük verən insanların sayında artım müşahidə olunur. İnsanlar ailə qurmaqdan, övlad sahibi olmaqdan çəkinirlər. Statistik məlumatlara görə, Azərbaycanda nikaha girənlərin sayında azalma var.

 

Belə ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində, ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayında 7,2 mindən çox azalma, boşanmaların sayında 4,8 mindən çox artım qeydə alınıb. 2022-ci ilin 10 ayı ərzində 51 min 870 nikah olduğu halda, 2023-cü ilin 10 ayında nikahların sayı 44 min 643-ə düşüb.

 

Müqayisə olunan dövrdə hər min nəfərə düşən nikahların sayı 6,2-dən 5,3-ə qədər azalıb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə artıb.

 

Maraqlıdır, insanlar niyə tənhalığa üstünlük verirlər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, son dövrlər xüsusilə kişilər evlənmək istəmirlər:

 

“Bunun kökündə müxtəlif səbəblər dayanır. Kişilər düşünürlər ki, evlənən zaman azadlıqlarını itirirlər. Digər tərəfdən, indiki zamanın yetişdirdiyi bəzi xanımlar yorucudurlar. Məsələn, həyat yoldaşına nəzarət edir, qısqanclığı pik həddədir, yerli-yersiz qarşı tərəfi xəyanətdə günahlandırır, seriallara, filmlərə baxaraq həmin həyatı arzulayır və həyat yoldaşı bunu verə bilmədiyi üçün ağır sözlərdən istifadə edir və.s. Bütün bunların fonunda, kişilər fikirləşir ki, evlilik həqiqətən ağır yükdür. Evlilik məsuliyyət olsa da, bunu artıq yük kimi görən insanların sayı kifayət qədər artıb. Əvvəllər evlənməyən insan kiminləsə vətəndaş nikahında yaşaya bilmirdi, yaxud bunu yaşasa belə cəmiyyət tərəfindən qınağa məruz qalırdı. Amma indi bu, belə deyil. Bəziləri buna “avropalaşmaq” deyir, bəziləri “inkişaf”, “azadlıq”...”.

 

Müsahibimiz bildirib ki, kişilərlə yanaşı, artıq qadınlar da ailə qurmaq fikrindən uzaqlaşırlar: “Qadınlar düşünür ki, ailə qurub ayrılacamsa, uşaqla qalacamsa, tək yaşasam, daha yaxşıdır. Çünki hazırda boşanmalarla bağlı tendensiya müşahidə olunur və bu da onları qorxudur. Digər tərəfdən, cəmiyyətdə müəyyən şeylər müəyyən zamanda dəb halına çevrilir. Məsələn, hazırda sağlam qida, idman, heyvan sevgisi gündəmdədir...Bu, həm yaxşıdır, həm də insanları tənhalaşdırır. Hazırda hər üç evlilikdən biri boşanma ilə nəticələnir. İstər qadınlar, istərsə də kişilər azadlıqlarını itirmək istəmirlər, onları davamlı nəzarətdə saxlayanlardan çəkinirlər. Ailə qurmaq, ailəyə sahib çıxmaq onlar üçün yükdür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...