Azərbaycan əhalisinin sayı 50 min nəfər artıb – SON RƏQƏMLƏR

Cəmiyyət
13:20 / 17.01.2024
2524
2023-cü ilin dekabrın 1-nə olan son məlumata əsasən, Azərbaycan əhalisinin sayı 49 666 nəfər və ya 0,5 faiz artaraq 10 milyon 176 min 811 nəfərə çatıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
2023-cü ilin 11 ayı ərzində əhali sayındakı artımın 48 573 nəfəri təbii artım hesabına baş verib.
Ötən il təbii artım 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 504 nəfər və ya 16,1 faiz azalıb.
Vasif