Dolların gələcəyi RİSK ALTINDA: ABŞ-də narahatlıq artır

“Hazırda dünya valyuta ehtiyatlarında ABŞ dollarının payı getdikcə azalır”.
Sfera.az bildirir ki, bu barədə “ThinkChina” nəşri məlumat yayıb. Həmçinin, ABŞ dollarının uzun illərdir, dominant qlobal valyuta olaraq qaldığı və əksər beynəlxalq əməliyyatlarda əsas rol oynadığı vurğulanıb.
“ABŞ hökuməti dolların gələcəyinə və onun hökmranlığının davam edəcəyinə əmindir. Lakin 2023-cü ilin noyabrına qədər təxminən 70 ölkə bu və ya digər şəkildə dedollarizasiyaya başlayıb. Bu ölkələr neft-qaz sektoru, ticarət, investisiya və maliyyə baxımından dollardan asılılığını azaltmağa çalışırlar. Eyni zamanda, 2022-ci ildən sonra Rusiya da bütün əmtəə ticarətini dedollarizasiya etməyə başladı və bu, bir çox başqa ölkələr üçün nümunə oldu”, - nəşr bildirib.
“ThinkChina” qeyd edib ki, dedollarizasiyanın populyarlığının artmasına baxmayaraq, proses hələ də ilkin mərhələdədir:
“Bu, dolların dominantlığını təhdid etmir. Hazırda heç bir başqa valyuta onu tamamilə əvəz edə bilməz. Lakin davam edən hadisələr ABŞ-də narahatlıq doğurur. Vaşinqton indi çətin vəziyyətdədir - artan ehtiyaclarını ödəmək üçün getdikcə daha çox borc götürmək məcburiyyətindədir. Dolları beynəlxalq siyasətdə alət kimi istifadə etmək cəhdləri ABŞ-ni maliyyə sektorunda öz nüfuzuna xələl gətirmək riski ilə üz-üzə qoyur. Bu, son nəticədə dolların zəifləməsinə səbəb ola bilər”.
Günay