Ruslar bu ölkədən deportasiya olunur - Putindən XƏBƏRDARLIQ!

"Hazırda Baltikyanı ölkələrdə baş verən hadisələr, o cümlədən rusların Latviyadan deportasiyası Rusiyanın təhlükəsizliyinə təsir edir".
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya bələdiyyələrinin rəhbərləri ilə görüşündə deyib.
Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin rəisi Maira Roze bildirib ki, Latviya hakimiyyəti ölkədə yaşamaq icazəsi almaq tələbini yerinə yetirə bilməyən 985 rusiyalını deportasiya etməklə bağlı dəfələrlə məktub göndərib.
Belə ki, 82 yaşlı təqaüdçü Boris Katkov yanvarın 13-də, guya, milli təhlükəsizliyə təhdid olduğu üçün Latviyadan deportasiya edilib və onun nə vaxt qayıda biləcəyi ilə bağlı heç bir məlumat yoxdur. Katkovun həyat yoldaşı, uşaqları və nəvələri Latviyada qalıb.
Bir gün əvvəl isə Rusiya səfirliyi hadisəyə etiraz edərək Riqanın ailələri ayırmamaq prinsipini pozduğunu qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Latviya parlamenti miqrasiya haqqında qanuna Baltikyanı respublikada daimi yaşayış yeri olan Rusiya vətəndaşlarını 2023-cü ilin sentyabrın 1-dək A2 səviyyəsində Latviya dilini bilmə sertifikatı almağa məcbur edən dəyişiklikləri qəbul edib. Əks halda onlar ölkədə yaşayış statusunu itirəcəklər.
2023-cü il sentyabrın 14-də Latviya Parlamenti Respublikada daimi yaşamaq hüququ əldə etmək üçün dövlət dili imtahanından keçmək müddətini iki il uzadaraq İmmiqrasiya Qanununa düzəlişin yekun oxunuşunu təsdiqləyib.İndi Latviyada yaşayan Rusiya vətəndaşları iki il müddətinə müvəqqəti yaşamaq icazəsi ala biləcəklər və bu müddət ərzində onlar dövlət dili imtahanından keçməlidirlər. Yaşayış icazəsi üçün ərizə dekabrın 31-dək təqdim edilməli idi.
Firuzə Əliyeva