Türkiyə bankları da Rusiya ilə əlaqələri dayandırır – SƏBƏB

Türkiyə bankları da Rusiya ilə əlaqələri dayandırır – SƏBƏB

Türkiyə bankları Rusiya bankları ilə əməkdaşlıqdan imtina etməyə başlayıblar. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Kommersant” maliyyə bazarındakı mənbələrə və xarici ticarət iştirakçılarına istinadən yazıb. 


Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Türkiyə bankları ilə əməkdaşlığın məhdudlaşdırılması artıq xeyli müddətdir ki, müşahidə edilirdi. Lakin 2023-cü ilin sonunda vəziyyət xeyli pisləşib və Türkiyənin demək olar ki, bütün bankları oxşar davranışları sərgiləyirlər. 


2024-cü ilin yanvarın 1-dən isə Rusiyadan Türkiyəyə şirkətlərin pul köçürmələri dayanıb. Hətta bəzi banklar qəbul edilmiş əməliyyatların qadağan olunmuş mallarla bağlı olduğunu əsas gətirərək vəsaitləri geri qaytarıblar. 


Nəşrin yazdığına görə, əməliyyatların məhdudlaşdırılması məsələsi ABŞ-nin dövlət katibi Entoni Blinkenin yanvarın əvvəlində Türkiyəyə səfəri zamanı qaldırılıb və o, “sanksiyalardan yayınma və ixrac nəzarəti məsələlərinin həllinin” vacibliyini vurğulayıb. 


Türkiyənin bank sektorundakı mənbələrin verdiyi xəbərdə isə qeyd edilir ki, əməliyyatlarda fasilələr ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən görülən tədbirlərlə əlaqədardır. 


Xatırladaq ki, Türkiyə ilə yanaşı Çinin bəzi dövlət bankları da Rusiya ilə əlaqələri kəsir. Hər iki ölkə Rusiya ilə yaxşı münasibətlərə sahib olsa da, sanksiyadan yayınmaq üçün bankları əməliyyatları məhdudlaşdırırlar. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...