Emin Əmrullayevdən yeni TƏYİNAT - FOTO

Cəmiyyət
10:55 / 17.01.2024
3043
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni təyinat olub.
Elm və Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirin müvafiq əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Əminağa Sadıqov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb.
Yeni təyinat münasibətilə Əminağa müəllimi təbrik edirik və fəaliyyətində uğurlar arzulayırıq!
Firuzə Əliyeva