40 ildən sonra şərti azadlığa buraxılan məhbus yenidən həbs edildi

40 ildən sonra şərti azadlığa buraxılan məhbus yenidən həbs edildi

Əvvəllər dörd quldurluq üzrə məhkum olunmuş 71 yaşlı Brüs Edvard Bell keçən ay yenidən cinayət törədib. O, Los-Ancelesdə bank qarət edib və külli miqdarda pulla qaçıb.


Sfera.az xəbər verir ki, həmin şəxs 60 min dollar oğurlayaraq qaçsa da, polis onu yaxalaya bilib. Məlum olub ki, Bellin bank işçisini hədələdiyi tapança saxta imiş.


Brüs Edvard Bell “karyerası” ərzində oxşar cinayətlərə görə dörd dəfə həbs edilib. Ümumilikdə o, həyatının 40 ildən çoxunu dəmir barmaqlıqlar arxasında keçirib.


Bell dekabrın 21-də yenidən həbs edilib. Polis əməkdaşları iddia edirlər ki, təkrar cinayət törədən yaşlı şəxs binaya daxil olub və qadağan olunmuş ərazinin qapısını açmağı tələb edərək, işçiyə silah tuşlayıb.


Şahidlər avtomobil haqqında polisə məlumat veriblər, polis həmin təsvirə uyğun gələn avtomobillərdən birini Foothill ərazisində tapıb.



Polis avtomobildə odlu silah və 64 min dollar pul aşkarlayaraq, onları müsadirə edib.

 

Los Anceles Polis Departamentinin məlumatına görə, Bell həbs edilərkən nəzarət altında olub. O, 2021-ci ilin iyulunda şərti azadlığa buraxılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...