Boru partladı, bütün şəhəri qaynar su bürüdü - Yanıq xəsarəti alanlar var

Boru partladı, bütün şəhəri qaynar su bürüdü - Yanıq xəsarəti alanlar var

Rusiyada daha bir qəza qeydə alınıb.
 

Sfera.az bildirir ki, Nijni Novqorodda boru qırılması səbəbindən şəhərin bir neçə küçəsini qaynar su basıb.Rusiya mətbuatı 1-2-ci dərəcəli yanıq xəsarəti alanların xəstəxanalara yerləşdirildiyini yazır. Həmçinin qəza səbəbindən 20-yə yaxın hündürmərtəbəli bina istiliksiz qalıb.


Xüsusilə, Slavyanskaya küçəsi daha çox zərər görüb; 700 mm-lik borudan qaynar sular ətrafa sıçrayıb. Bununla belə, bir neçə qonşu küçədə səkiləri və yol kənarlarını su basıb.


Rusiyanın Teleqram kanalları ikisi uşaq olmaqla 16 nəfərin yanıq xəsarətləri aldığını yazır. Yaralılar 1-2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Əksəriyyətinin ayaqları yanıb. Qəzanın aradan qaldırılması üçün hadisə yerində qəza xidməti işləyir.


Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerində bütün halların müəyyənləşdirilməsi istiqamətində işləyirlər. Rusiya mediası cinayət işi açıldığını yazıb.



Qeyd edək ki, son bir ay ərzində Rusiyada bir çox kommunal nasazlıqlar baş verib, yüzlərlə ev və minlərlə sakin istilik enerjisiz və isti susuz qalıb.



Yanvarın 11-də Novosibirskdə boruların qırılması səbəbindən 230-dan çox yaşayış binası və obyektlər istilik təchizatsız qalıb. Qəza baş verən zaman havanın temperaturu -25 dərəcə olub.


Paytaxt Moskvanın da bir sıra yaşayış məntəqələri istiliksiz qalıb. Mənzillərdə havanın temperaturunun 13-15 dərəcə Selsi olduğu bildirilir.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...