Neft Fondunun aktivləri yeni rekord həddə çatdı

İqtisadiyyat
17:45 / 16.01.2024
8936
Azərbaycan Dövlət Neft Fondunun (Fond) aktivlərinin həcmi 2023-cü ilin sonunda 56,1 milyard dollar təşkil etməklə illər üzrə müqayisədə ən yüksək səviyyəyə çatıb.
Sfera.az Fonda istinadən xəbər verir ki, Fond bir ildə aktivlərini 7,036 milyard dollar artıra bilib.
Fondun aktivlərinin artması büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6,338 milyard manat təşkil edib. O cümlədən, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı gəlirlər 2,13 milyard manat olub.
Vasif