"Narahatlıq, depressiya..." - Bu içkilərdən istifadə intihara səbəb ola bilər

Cəmiyyət
18:00 / 16.01.2024
9083
Enerji içkilərindən istifadə uşaq və yeniyetmələrdə psixi sağlamlıq problemlərinə və intihar düşüncələrinə səbəb olur.
Sfera.az xəbər verir ki, bu barədə Nyukasl Universitetinin tədqiqatçısı Dr. Şelina Visram araşdırma edib.
Bu içkilərin istehlakı, xüsusən də uşaqlar arasında psixi sağlamlıq problemlərinin artmasına səbəb olur.
Dr. Şelina Visram araşdırmasında qeyd edib ki, içki içən uşaqlar narkotik vasitələrin qanunsuz istifadəsi və zorakılıq kimi riskli davranışlara daha çox meyllidirlər.
Qeyd edək ki, qazlı içkilər yuxu problemləri, narahatlıq, depressiya və qeyri-sağlam qidalanma vərdişləri kimi mənfi hallara səbəb olur.
Ülkər Abdurahmanlı