Almaniya Rusiya ilə müharibəyə hazırlaşır: Qərbin reaksiyası necə olacaq?

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır: Qərbin reaksiyası necə olacaq?

“Rusiya Almaniya ilə üz-üzə gəlməkdə maraqlı deyil”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Müsahibimiz qeyd edib ki, Qərbin Ukraynaya iqtisadi, maliyyə, siyasi dəstəyinin azalması fonunda bir sıra mühüm detallar da üzə çıxır:

 

“Məsələn, Almaniya-Rusiya qarşıdurması ilə bağlı fikirlər nə qədər konspiroloji xarakter daşısa da, onun revanş motivli olması və Almaniyanın Moskva ilə baş-başa mübarizə aparması ehtimalları da mövcuddur. Belə olan halda, rasional dünya, sülhpərvər qüvvələr bu cür müharibəni istisna etməyə çalışırlar. Həmçinin, Almaniya İkinci Dünya müharibəsinin nəticələrindən narazı dövlətdir. “Ukrayna bacarmadısa, Almaniya bacarar” kimi həqiqət payı az olan ehtimallar da irəli sürülür. Lakin bu günə qədər Qərb dünyası da Rusiya ilə birbaşa toqquşmalardan yayınıb”.

 

Müsahibimiz deyib ki, NATO-Rusiya toqquşması da tərəflərin marağında deyil: “Qarşıdakı dönəmdə Rusiya ilə anlaşmaq, Kiyevi sülh müqaviləsi bağlamağa məcbur etmək kimi fikirlər daha çox görünəcək, nəinki, güc tətbiqi yolu ilə Rusiyanın geopolitik ambisiyalarının qarşısını almaq mümkün olacaq. 2014-ci ildən sonrakı dövrdə Rusiya ilə anlaşsalar da, müəyyən mənada tərəfdaşlıq münasibətləri qurulsa da, son nəticədə bugünkü vəziyyət yarandı. Qərb, əlbəttə, bunu aradan qaldırmaq üçün müəyyən planlar quracaq. Lakin Qərbin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər, iqtisadi sanksiyalar Rusiya üçün yetərli deyil. Moskva onlardan yayınmaq yollarını artıq müəyyənləşdirib”.

 

Xatırladaq ki, bundan əvvəl Almaniyanın NATO və Rusiya arasında müharibə planı hazırladığına dair məlumatlar yayılmışdı. İddiaya görə, tezliklə NATO-nun baş komandanı şərq cinahına 300 min əsgərin köçürülməsi əmrini verəcək. Onların arasında 30 min alman əsgəri də olacaq.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...