Azərbaycanda qoyunçuluq niyə idxaldan asılı vəziyyətə düşüb? – Ekspert AÇIQLADI

Azərbaycanda qoyunçuluq sahəsi idxaldan asılı vəziyyətə düşüb.
Sfera.az bildirir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu sahədə ciddi problemlər var:
“2022-ci ildə ölkəmizə 194 min 562 baş diri qoyun idxal olunub. Bunun 90,4%-i Gürcüstandan gətirilib. 2023-cü ilin ilk 10 ayında isə artıq məmləkətə 312 min 933 baş diri qoyun idxal olunub. Yəni, 10 aya 2022-ci ildən az qala 2 dəfə çox idxal olub ki, bunun da 214 min 191-i Gürcüstanın payına düşür. Gürcüstanda bu işlə məşğul olanlar, əsasən, soydaşlarımızdır, Gürcüstan türkləridir. Onlar tək bizə yox, Türkiyəyə də böyük həcmdə ət ixrac edirlər”.
Ekspert qonşu ölkə ilə müqayisədə Azərbaycanda qoyunçuluğun inkişaf etməmə səbəblərindən də söz açıb: “Gürcüstanda kiçik-mikro sahibkarlar 1% vergi verir, bizdə 20% tələb edirlər. Qonşu ölkədə aqrar sektorla tək hökumət deyil, seçilmiş yerli özünüidarə institutları, bələdiyyələr, mer institutları məşğul olur. Gürcüstanda aqrar sektora, bölgələrdə fermerlərə verilən kredit faizləri Tiflisdən 30-40% aşağıdır, bəzi proqramlara görə faizsizdir. Bizdə isə regionlarda kredit faizləri Bakıdan 2 dəfə artıqdır”.
Günay