Əhali Sənaye Bankından əmanətlərini çıxarır – SƏBƏB

Əhali Sənaye Bankından əmanətlərini çıxarır – SƏBƏB

Azərbaycan Sənaye Bankının (ASB) 2023-cü ilə dair açıqladığı məlumatlardan görünür ki, ötən il fiziki şəxslərin bankda olan əmanətlərində nəzərəçarpacaq azalma baş verib. 


Sfera.az xəbər verir ki, 2023-cü ildə əhalinin ASB-də olan pullarının bir hissəsini götürməsi nəticəsində bankın öhdəlikləri azalıb. 


2022-ci ildə 637,56 milyon manat olan öhdəliklərin həcmi ötən il 635 milyon manata geriləyib. 


Bankın açıqladığı məlumatlardan görünür ki, fiziki şəxslərin 2022-ci ilin sonunda ASB-də 353 milyon manatdan çox əmanəti olub. 2023-cü ilin sonunda əmanətlərin həcmi 310 milyon manata düşüb. Buradan göründüyü kimi, son bir ildə əhali bankdan 43 milyon manat pulunu, yəni bütün pulunun 12,2 faizini götürüb. 


Əhalinin ASB-dən əmanətlərinin bir hissəsini götürməsinin səbəbi əmanət faizlərinin çox aşağı olması ilə bağlıdır. Bank, qoyulan əmanətlərə görə ildə 6 faiz gəlir vəd edir. 


Əmanət faizlərinin aşağı olması bankın faiz gəlirlərinin artmasına imkan yaradıb. ASB ucuz vəsait cəlb edərək yüksək faizlə kredir verir ki, bu da bankın faiz gəlirlərini artırır. 2023-cü ildə bankın faiz gəlirlərində 8,1 milyon manatdan çox, yaxud 32 faiz artım qeydə alınıb. 


Faizlərin aşağı olması əhalinin ASB-də olan əmanətlərinin həcminin azalmasına əsas yaradır. 


Altay


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...