ABŞ İranı qınadı: "İraqın suverenliyini dəstəkləyirik"

ABŞ İranı qınadı:

ABŞ İranı İraqın Ərbil şəhəri yaxınlığındakı raket hücumlarına görə qınayıb. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) hücumun İsrailin İraqın şimalındakı "casus qərargahını" vurmaq məqsədilə edildiyini bildirib.

 

İraq Kürdüstanı Təhlükəsizlik Şurasının məlumatına görə, bazar ertəsi baş verən hücumda 4 nəfər ölüb, 6 nəfər yaralanıb. İraq hücumları pisləyib və bunu suverenliyinin pozulması kimi qiymətləndirib.

 

Zərbələr oktyabrın 7-də İsrail-HƏMAS müharibəsinin başlamasından sonra bölgədə gərginliyin artması fonunda həyata keçirilib.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson vəziyyəti qiymətləndirməyə davam edəcəklərini bildirib.

 

O qeyd edib ki, ilkin əlamətlər bunun ehtiyatsız və qeyri-dəqiq zərbələr toplusu olduğunu göstərir: “Birləşmiş Ştatlar İraqın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”

 

Vatson ABŞ personalının və ya obyektlərinin hədəf alınmadığını bildirib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR